Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət etdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.
TodayPress TV xəbər verir ki, abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.