“Azərbaycan və Monqolustan arasında hava əlaqəsi haqqında Saziş” təsdiqləndi
Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib.
TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, saziş üzrə razılığa gələn tərəflər arasında hər hansı mübahisə yarandıqda, tərəflər ilk növbədə onu danışıqlar yolu ilə həll etməyə səy göstərəcəklər.
Qeyd olunub ki, sənəd regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan və Monqolustan arasında əlaqələrin genişlənməsinə, həmçinin turizmin təşviqinə töhfə verə bilər.
Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək yekdilliklə dəstəklənib və plenar iclasa tövsiyə olunub.
Qanun layihəsi səsverməyə çıxarılaraq 107 səslə qəbul edilib.
Qiymət Mahir