Anım Günü ilə bağlı pulsuz hüquqi yardım təşkil olundu

Anım Günü ilə bağlı pulsuz hüquqi yardım təşkil olundu
27.09.2026 14:49 Daxili siyasət

27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Vəkillər Kollegiyası tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 25-də "Pro Bono", "Mərkəz", Bakı şəhəri 5, 10, 11, 19 və 20 saylı vəkil büroları, Gəncə və Şirvan regional vəkil büroları və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.

Qeyd olunub ki, vətəndaş müraciətlərinin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.

Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.

Aksiyada vəkillər tərəfindən ümumilikdə 80 vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər