Suriya ilə Azərbaycan arasında Biznes Şurası yaradılır
“Bu gün isə Mikayıl Cabbarov ilə birlikdə Suriya-Azərbaycan Biznes Şurasının yaradıldığını elan edirik. Beləliklə, son altı il ərzində itirdiyimiz dünya ilə əlaqələri yenidən qurmağa başlayırıq”.
TodayPress TV xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.
Nazir bildirib ki, Suriya uzun illər dünyadan təcrid olunub:
“Son 15 ildə deyil, son 65 ildə mövcud olan repressiv sistem və rejim səbəbindən biz dünyadan tamamilə təcrid olunmuşduq. Buna görə də dünya ilə yenidən əlaqə yaratmalı, yenidən inteqrasiya etməliyik”.
Onun sözlərinə görə, ölkənin yenidən qurulması və digər dövlətlərlə sağlam münasibətlərin formalaşdırılması əsas prioritetlərdəndir.
“Bu gün Suriya tamamilə fərqli ölkədir. Bu, sülhsevər ölkədir, dost ölkədir və açıqdır. Biz azad bazar iqtisadiyyatına keçmişik. Artıq özümüzü sosialist ölkə və ya buna bənzər bir sistemə malik ölkə kimi təqdim etmirik. Beləliklə, bütün mənzərə dəyişib”, - deyə əl-Şaar vurğulayıb.
Qiymət Mahir