BMT Ukrayna danışıqlarından kənarda qaldı - Fərhan Haqdan diqqətçəkən bəyanat

BMT Ukrayna danışıqlarından kənarda qaldı - Fərhan Haqdan diqqətçəkən bəyanat
12.11.2026 05:20 Dünya

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynadakı münaqişənin həllinə töhfə verə biləcək bütün tərəflərin və vasitəçilərin səylərini alqışlayır.

TodayPress TV xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq keçirdiyi brifinqdə bildirib.

Ondan Baş katibin münaqişə zonasında hərbi əməliyyatların dayandırılması istiqamətində real irəliləyişin olub-olmadığına dair mövqeyi soruşulub.

Fərhan Haq bildirib ki, BMT danışıqlarda iştirak etmədiyi üçün onların nəticələrini izləməli olacaq.

O, Ukrayna ilə Rusiya arasında böhranın BMT Nizamnaməsinə, eləcə də Baş Assambleya və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə kömək edə biləcək bütün səylərin dəstəkləndiyini vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər