Super Liqada turun ilk oyunu: “Neftçi” məğlub oldu
Kişi voleybolçuların Super Liqasında dördüncü turun ilk oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında üz-üzə gələn “Neftçi” və “AZERRAIL” komandalarının görüşü ikincilərin qələbəsi ilə yekunlaşıb.
“AZERRAIL” rəqibini 3:1 (25:18, 22:25, 25:21, 25:17) hesabı ilə məğlub edib. Bu nəticə ilə qalib komanda xalını altıya çatdırıb. “Neftçi”nin isə iki xalı var.
Turun “ORDU” - “Gənclər” və “Murov Az Terminal” - “Xilasedici” qarşılaşmaları “ORDU” və “Xilasedici”nin avrokuboklarda iştirakı səbəbindən təxirə salınıb. Həmin oyunların yeni tarixləri yaxın günlərdə açıqlanacaq.