Şəhriyar Məmmədyarovun növbəti rəqibi dünya çempionu olacaq

Şəhriyar Məmmədyarovun növbəti rəqibi dünya çempionu olacaq
12.11.2026 01:43 İdman

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot” turnirinin qrup mərhələsində ilk görüşlərini keçirib.

TodayPress TV xəbər verir ki, qrossmeysterimiz noyabrın 11-də Ermənistan təmsilçisi Hayk Martirosyanla iki partiyada qarşılaşıb. İlk görüşdə qara fiqurlarla qalib gələn Məmmədyarov ikinci partiyada rəqibinə məğlub olub.

Beləliklə, şahmatçımız günü bir qələbə və bir məğlubiyyətlə başa vurub. Hazırda üç xalı olan Məmmədyarov C qrupunda üçüncü yerdədir.

Təmsilçimiz noyabrın 12-də rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. 

Qeyd edək ki, qrup mərhələsi noyabrın 15-də başa çatacaq, yarışın qalibi isə noyabrın 20-də müəyyənləşəcək.

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər