Adil Kazımlı: “Bu dəfə gümüş medal nəsib oldu”

Adil Kazımlı: “Bu dəfə gümüş medal nəsib oldu”
12.11.2026 00:21 İdman

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan taekvondoçusu Adil Kazımlı gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışdan sonra təəssüratlarını bölüşüb. O, turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

“Məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə gümüş medal nəsib oldu. Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”, – deyə Adil Kazımlı qeyd edib.

Taekvondoçu turnir ərzində ən çətin qarşılaşmasının Tunis təmsilçisinə qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, üç raund davam edən gərgin mübarizənin son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazanıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər