Məşq zamanı baş verən faciə “Sen-Deni”ni sarsıtdı

Məşq zamanı baş verən faciə “Sen-Deni”ni sarsıtdı
12.11.2026 09:12 İdman

Fransanın “Sen-Deni” klubunun müdafiəçisi Vanis Onsor 22 yaşında dünyasını dəyişib. Gənc futbolçunun məşq zamanı ürəyi dayanıb.

TodayPress TV xəbər verir ki, bu barədə futbolçunun yetirməsi olduğu “Ruan” klubunun mətbuat xidməti məlumat yayıb.

Hadisə “La Jameyk” stadionunda keçirilən məşq zamanı baş verib. Özünü pis hiss edən futbolçuya komanda yoldaşları tərəfindən ilkin reanimasiya tədbirləri göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

“Ruan” klubunun yaydığı bəyanatda Vanis Onsorun qəfil vəfatından dərin kədər hissi keçirdiyi bildirilib. Qeyd olunub ki, futbolçu klubun yetirməsi olub, müxtəlif yaş qruplarından ibarət komandalarda, daha sonra isə əvəzedici heyətdə çıxış edib.

Onsor 2023/2024-cü illər mövsümündə “Ruan”ın əsas komandasında üç oyun keçirib və bir qol vurub.

O, 2026-cı ilin yanvarında “Sen-Deni” klubuna qoşulub. Futbolçunun vəfatından sonra klubun “Sen-Pyeruaz”la keçirəcəyi növbəti oyun ləğv edilib.

Namiq HUN

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər