Antalyada başlayan COP31 sammitindən nə gözlənilir?

Antalyada başlayan COP31 sammitindən nə gözlənilir?
09.11.2026 15:00 Tədbirlər

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Türkiyədə ilk dəfə keçirilir. Antalya şəhərində başlayan sammitdə Türkiyənin iqlim dəyişmələri ilə mübarizə sahəsində hədəfləri və gözləntiləri diqqət mərkəzindədir.

TodayPress TV xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb, COP31-dən gözləntilərini və iqlim dəyişmələri ilə mübarizə istiqamətində ölkəsinin hədəflərini açıqlayıb.

Ərdoğan COP31-in Türkiyənin iqlim siyasətinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm fürsət olduğunu bildirib.

“İnanıram ki, COP31 Türkiyənin bu sahədəki baxışlarının daha geniş kütlələr tərəfindən daha yaxşı anlaşılacağı bir platforma olacaq. Biz heç bir məsələyə formal yanaşmırıq. Hər hansı problemə diqqət yetiririksə, onun konkret və davamlı həll yollarını hazırlayır, fəaliyyət planımızı ortaya qoyuruq.

İqlim problemi həm bu günün, həm də lazımi tədbirlər görülmədiyi təqdirdə daha da ağırlaşaraq gələcəyin problemidir. Unutmayaq ki, dünya bizim evimizdir və onu çirkləndirməyə haqqımız yoxdur”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər