Diplomatların “Azərçay” fasiləsi: COP31-də Azərbaycan pavilyonundan ÖZƏL GÖRÜNTÜLƏR

Diplomatların “Azərçay” fasiləsi: COP31-də Azərbaycan pavilyonundan ÖZƏL GÖRÜNTÜLƏR
09.11.2026 18:18 Tədbirlər

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində "Azərsun Holdinq" Azərbaycan pavilyonunda "Azərçay" markası ilə ölkəmizin zəngin çay mədəniyyətini beynəlxalq qonaqlara təqdim edir.

"Azərsun Holdinq" şirkətinin əməkdaşı Günel Yaz TodayPress TV-yə müsahibəsində şirkətin COP31-də iştirakı, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi layihələr, eləcə də ətraf mühitin mühafizəsi sahəsindəki təşəbbüsləri barədə danışıb.


O qeyd edib ki, COP29-da Azərbaycanın aparıcı şirkətlərindən biri olan "Azərsun Holdinq" tədbirin əsas tərəfdaşlarından biri kimi iştirak edib. Şirkət bu ənənəni davam etdirərək COP31-də də öz fəaliyyəti ilə təmsil olunur.


Günel Yazın sözlərinə görə, Azərbaycan pavilyonunda "Azərçay" markası ilə xarici qonaqlar və konfrans iştirakçıları qarşılanır, onlara Azərbaycan çayı təqdim edilir. O, qonaqların markaya böyük maraq göstərdiyini vurğulayaraq bu təşəbbüsün Azərbaycanın zəngin çay mədəniyyətinin beynəlxalq auditoriyaya tanıdılmasına xidmət etdiyini bildirib.


Şirkət nümayəndəsi "Azərsun Holdinq"in dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi məsələlərinə də xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, ötən həftə Prezident İlham Əliyevin iştirakı ilə şirkətin Qarabağda yerləşən yeni müəssisəsinin açılışını xatırladıb. Müəssisənin enerji təminatında günəş enerjisindən istifadə edilir və elektrik enerjisinə olan tələbatın təxminən 60 faizi bu mənbə hesabına ödənilir. Bu yanaşma ətraf mühitin qorunmasına və təbii resurslardan səmərəli istifadəyə mühüm töhfə verir.


Günel Yaz, həmçinin şirkətin korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, "Azərsun Holdinq" ağacəkmə aksiyalarında fəal iştirak etməklə yanaşı, kağızın təkrar emalı istiqamətində də mühüm işlər həyata keçirir. Bu məqsədlə dövlət qurumları və universitetlərlə əməkdaşlıq edilir, həmin müəssisələrdən toplanan istifadə olunmuş kağızlar təkrar emala yönəldilir. Nəticədə kağız tullantılarının yenidən istehsala qaytarılması və ağacların kəsilməsinin qarşısının alınması istiqamətində mühüm addımlar atılır.

Şirkət əməkdaşı digər müəssisələrdə də günəş enerjisindən istifadənin genişləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. Bu müəssisələr sırasında Bakı Qida Yağ Fabriki və Biləsuvar Konserv Zavodu yer alır. Onun sözlərinə görə, Biləsuvar Konserv Zavodunun enerji tələbatının tamamilə günəş enerjisi hesabına ödənilməsi nəzərdə tutulur. Bakı Qida Yağ Fabrikində isə günəş enerjisindən istifadənin artırılması istiqamətində müvafiq işlər aparılır.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər