Milyonların işlətdiyi dil tətbiqinə böyük zərbə - Aİ qərar imzaladı

Milyonların işlətdiyi dil tətbiqinə böyük zərbə - Aİ qərar imzaladı
12.11.2026 06:10 Dünya

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarını zərərli rəqəmsal davranış modellərindən qorumaq məqsədilə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə genişmiqyaslı dəyişikliklər təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Wired” nəşri məlumat yayıb.

Avropa Komissiyası istifadəçiləri tətbiqlərdə asılılıq yaradan funksiyalardan qorumağı nəzərdə tutan Rəqəmsal Ədalət haqqında qanun layihəsini təqdim edib. Yeni qaydalar xarici dil öyrənmək üçün nəzərdə tutulan “Duolingo” və idmançıların aktivliyini izləyən “Strava” kimi tətbiqlərə də şamil oluna bilər.

Təklifə əsasən, istifadəçilər tətbiqlərə hər gün daxil olmağa təşviq edən dərs və məşq seriyalarını söndürə biləcəklər. Bu funksiyalar istifadəçiləri əldə etdikləri irəliləyişi itirməmək üçün mütəmadi olaraq tətbiqə qayıtmağa həvəsləndirir.

AK, həmçinin istifadəçiləri alış-verişə və ya abunəliyə yönəldən manipulyativ üsulların – “qaranlıq nümunələr”in qadağan edilməsini istəyir.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər