Turin klubuna böyük qayıdış? Zidan “Yuventus”a yaşıl işıq yandırdı!
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə İtaliyanın “Yuventus” klubunu çalışdırmaq ehtimalını istisna etməyib.
TodayPress TV xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə “RMC Sport”a açıqlamasında danışıb.
Zidan Turin klubunda çıxış etdiyi dövrdə baş məşqçisi olmuş Marçello Lippinin ona verdiyi tövsiyəni xatırladıb:
“Marçello Lippi mənə bir şeyi öyrədib: hər zaman irəli getmək lazımdır. Turinə gəldiyim zaman yaxşı oynamırdım. Buna görə də mətbuat və azarkeşlər mənim həmin səviyyəyə uyğun olduğumu düşünmürdülər. Lippi mənə onun rəhbərliyi altında çıxış etməli olduğumu söylədi və mən özümü yaxşı tərəfdən göstərə bildim. Gələcəkdə “Yuventus”un baş məşqçisi olmaq? Niyə də yox?”, – deyə Zidan bildirib.
Qeyd edək ki, keçmiş yarımmüdafiəçi 1996–2001-ci illərdə “Yuventus”un formasını geyinib. O, ötən yay Fransa millisinin baş məşqçisi təyin olunub. Tərəflər arasında imzalanan müqavilə 2030-cu ilin yayınadək qüvvədədir.
Zidan məşqçilik karyerası ərzində “Real Madrid”lə üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, iki dəfə isə La Liqa çempionu olub.
Namiq HUN