“Xilasedici”dən möhtəşəm geridönüş: Azərbaycan klubu mərhələ adladı!

“Xilasedici”dən möhtəşəm geridönüş: Azərbaycan klubu mərhələ adladı!
12.11.2026 08:30 İdman

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” klubu CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, təmsilçimiz ikinci təsnifat mərhələsinin Portuqaliyada keçirilən cavab oyununda “Sportinq”ə 3:2 hesabı ilə qalib gəlib.

Lissabonda baş tutan qarşılaşmada Azərbaycan voleybolçuları ikinci və dördüncü setləri qazanaraq oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici setdə də rəqibindən üstün olan “Xilasedici” görüşü qələbə ilə başa vurub.

Bakıda keçirilən ilk oyunda “Sportinq” 3:2 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələyə vəsiqənin sahibini müəyyənləşdirmək üçün “qızıl set” oynanılıb. Bu setdə 15:13 hesabı ilə qələbə qazanan Azərbaycan klubu mərhələ adlamağı bacarıb.

“Xilasedici”nin üçüncü təsnifat mərhələsindəki rəqibi Sloveniyanın “ACH Volley Lyublyana” və Niderlandın “Orion Stars” komandaları arasında keçiriləcək qarşılaşmada müəyyənləşəcək.


Namiq HUN

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər