Kevin Durant əfsanələri bir-bir geridə qoyur: növbədə Kobi Brayant var!
“Hyuston Rokets” klubunun 38 yaşlı amerikalı hücumçusu Kevin Durant NBA-nın müntəzəm çempionatlarında meydandan dəqiq atışların sayına görə tarixi reytinqdə yeddinci pilləyə yüksəlib.
TodayPress TV xəbər verir ki, ikiqat NBA çempionu bu göstəricidə əfsanəvi basketbolçu Şakil O'Nilli geridə qoyub. O'Nill karyerası ərzində 11 330 dəqiq atışa imza atıb.
“Qolden Steyt Uorriorz”la keçirilən ev oyunundan əvvəl Durantın aktivində 11 328 dəqiq atış olub. Qarşılaşmada üç dəfə dəqiq atış edən amerikalı basketbolçu rəqibini qabaqlayaraq tarixi reytinqdə yeddinci sıraya yüksəlib.
Durantın növbəti hədəfi karyerası ərzində 11 719 dəqiq atış reallaşdırmış Kobi Brayantdır.
Maraqlıdır ki, Şakil O'Nill NBA-in müntəzəm çempionatlarında 1207 oyunda meydana çıxaraq atışlarının 58,2 faizini dəqiq yerinə yetirib. Durant isə sözügedən qarşılaşmayadək 1212 matçda iştirak edib və 50,3 faizlik dəqiqlik göstəricisinə malik olub.
Bununla belə, Durantın dəqiq atışlarının əhəmiyyətli hissəsi orta və uzaq məsafədən edilən cəhdlərin payına düşür. Şakil O'Nill isə əsasən səbətaltı zonadan hücumları ilə fərqlənib.
Namiq HUN