Şəhərsalma, turizm və daşınmaz əmlaka böyük investisiyalar gəlir

Şəhərsalma, turizm və daşınmaz əmlaka böyük investisiyalar gəlir
26.09.2026 13:46 Tədbirlər

Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dayanıqlı şəhər inkişafı və investisiya layihələri barədə məlumat verib. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə turizm sektoruna kapital cəlbi və beynəlxalq təşviqat addımlarını diqqətə çatdırıb.

“Zaha Hadid Architects” şirkətinin təmsilçisi Məryəm Novruzinin moderatorluğu ilə keçirilən paneldə yerli və xarici dövlət rəsmiləri, tanınmış investorlar və beynəlxalq ekspertlər iştirak ediblər. Onların sırasında Monteneqronun turizm naziri Simonida Kordiç, “Sea Breeze” şirkətinin təsisçisi Emin Ağalarov, UN-Habitat rəsmisi Anna Soave və Azərbaycan Turizm Bürosunun rəhbəri Florian Zengştşmid yer alıb.

Sessiyada ağıllı şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, iri daşınmaz əmlak layihələri və beynəlxalq otel brendlərinin ölkəyə cəlbi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər