Nazir: Azərbaycanda investorlar üçün möhkəm zəmin yaradılıb
“İnvestorların investisiya qərarı verdikləri şərtlərin davamlı olacağına inamı olmalıdır”.
TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın daxili siyasi sabitliyi və siyasətdə davamlılıq, nisbətən aşağı dövlət borcu və əhəmiyyətli maliyyə ehtiyatları, eləcə də siyasətin proqnozlaşdırıla bilən olması investorlar üçün möhkəm zəmin yaradır.
“Bu, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantının artıq reallığa çevrildiyi regionda baş verən geosiyasi proseslərlə daha da möhkəmlənir”, – M.Cabbarov bildirib.
Qiymət Mahir