"İşğal dövründə məscidlərimizdə təhqiramiz hərəkətlər edilib" – Nazir acı həqiqətdən danışdı

"İşğal dövründə məscidlərimizdə təhqiramiz hərəkətlər edilib" – Nazir acı həqiqətdən danışdı
17.09.2026 10:55 Tədbirlər

“Ən vacib çağırışlardan biri iqlim dəyişikliyinin mədəni irs abidələrinə, xüsusilə də tarixi dini abidələrə təsiri ilə bağlı yanaşmadır. Biz bu məsələni COP29 çərçivəsində də müzakirə etmişik”.

TodayPress TV xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

A.Kərimli bildirib ki, iqlim dəyişikliyinin mədəni irsə təsirinin qarşısının alınması və irsin qorunmasının düzgün şəkildə təmin edilməsi üçün həm milli, həm də qlobal səviyyədə müvafiq tədbirlər həyata keçirilir.

Nazirin sözlərinə görə, silahlı münaqişələr və onlardan sonra yaranan neqativ və mürəkkəb vəziyyətlər tarixi-mədəni irsin qorunmasında ciddi çağırışlar və çətinliklər yaradır.

“Təəssüf hissi ilə qeyd etmək istərdim ki, 30 illik erməni işğalı dövründə Azərbaycanın işğal altında olmuş ərazilərində yerləşən tarixi dini abidələrimiz ciddi dağıntılara məruz qalmışdır. Onların bir qismi tamamilə məhv edilmiş, vandalizm aktlarına yol verilmişdir”, - deyə A.Kərimli qeyd edib.

O bildirib ki, həmin tarixi dini abidələrin və komplekslərin özünəməxsus və ayrılmaz tərkib hissəsi olan mədəni mülkiyyətin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub.

“Çox təəssüf hissi ilə qeyd etmək istəyirik ki, işğaldan azad edilmiş ərazilərimizdə bir çox dini ibadət məkanlarımızda, məscidlərimizdə işğal dövründə təhqiramiz hərəkətlər həyata keçirilmişdir. Mən bunun üzərində xüsusi dayanmaq istəmirəm, amma bunlar bizim yaşadığımız acı həqiqətlərdir”, - deyə nazir vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər