Həsən Həsənovdan tarixi etiraf: Ziya Bünyadovu məhv olunmaqdan kim qorudu?

Həsən Həsənovdan tarixi etiraf: Ziya Bünyadovu məhv olunmaqdan kim qorudu?
21.09.2026 14:19 Tədbirlər

“Ziya Bünyadovu bu həqiqətlərə görə sıxışdırırdılar, ona Heydər Əliyev sahib çıxdı"

TodayPress TV xəbər verir ki, bunu Tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxışı zamanı deyib.

H.Həsənov müasir ermənilərin xristianlaşmış albanlar olması faktını ilk dəfə məhz Ziya Bünyadovun elmi müstəviyə gətirdiyini vurğulayıb:

"1967-1968-ci illərdə Ziya Bünyadov ilk dəfə yazdı ki, müasir ermənilərin bir hissəsi xristianlaşmış albanlardır. Məhz bu elmi həqiqətə görə onu məhv etmək, elmi fəaliyyətini dayandırmaq istəyirdilər. Əgər o vaxt Heydər Əliyev gəlməsəydi və ona dəstək olmasaydı, Ziya Bünyadovun elmi fəaliyyətinə son qoyulacaqdı."

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər