Həsən Həsənov: "Albaniyada İslamdan əvvəl tanrıçılıq, xristianlıq və yəhudilik var idi"

Həsən Həsənov: "Albaniyada İslamdan əvvəl tanrıçılıq, xristianlıq və yəhudilik var idi"
21.09.2026 14:11 Tədbirlər

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxış edən tarix elmləri doktoru Həsən Həsənov Alban dövlətinin dini mənzərəsindən bəhs edib.

TodayPress TV xəbər verir ki, Həsən Həsənov regiona İslam dini gələnə qədər Albaniya ərazisində üç əsas inancın mövcud olduğunu bildirib:

"Albaniyada xristianlıqla yanaşı, yəhudilik və türk xalqlarının inancı olan tanrıçılıq mövcud idi. İslam dini yayılanda tanrıçılar bu dini qəbul etdilər. Xristian albanların azalan bir qismi isə sonradan iki istiqamətə yönəldi — bir qolu erməniləşdi, digər qolu isə gürcüləşdi."

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər