“Dəmir yumruq” ətrafında birlik və tarixi Zəfər tədbirdə qeyd olundu

“Dəmir yumruq” ətrafında birlik və tarixi Zəfər tədbirdə qeyd olundu
06.11.2025 15:27 Tədbirlər

2025-ci il noyabrın 6-da Zəfər Günü münasibətilə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə İkinci Qarabağ müharibəsi qaziləri və əlilləri üçün bayram süfrəsi təşkil edilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Vətən müharibəsində qazanılmış tarixi Zəfər, şəhidlərimizin əziz xatirəsi və qazilərimizin göstərdiyi qəhrəmanlıq böyük ehtiramla yad edilib.

Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın "Dəmir yumruq" ətrafında birləşərək nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs edilib. Eyni zamanda, Zəfərdən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionun inkişafı və doğma torpaqlara Böyük Qayıdış istiqamətində görülən işlər qeyd olunub.

TodayPress TV

FOTOLAR

“Dəmir yumruq” ətrafında birlik və tarixi Zəfər tədbirdə qeyd olundu — 1
“Dəmir yumruq” ətrafında birlik və tarixi Zəfər tədbirdə qeyd olundu — 2
XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər