“Bunu da ixrac məhsuluna çevirəcəyik” – Nazir anons etdi

“Bunu da ixrac məhsuluna çevirəcəyik” – Nazir anons etdi
25.09.2026 10:45 Tədbirlər

“Enerji sahəsində məqsəd ənənəvi enerji resurslarında olduğu kimi, Azərbaycanın böyük bərpaolunan enerji potensialını da ixrac məhsuluna çevirməkdir”.

TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq aparıcı qlobal şirkətlərlə birgə genişmiqyaslı yaşıl enerji layihələri həyata keçirilir.

“COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanmış saziş Mərkəzi Asiyadan yaşıl enerjinin ötürülməsi üçün təmiz enerji dəhlizinin yaradılmasının əsasını qoyub. Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi isə bərpaolunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur”, – M.Cabbarov bildirib.

Nazir qeyd edib ki, bu layihələr investorlar üçün elektrik enerjisinin istehsalı, ötürülməsi və enerjitutumlu sənaye sahələrində yeni imkanlar yaradır.

“Lakin enerji bizi yalnız enerji sahəsinə deyil, həm də məlumat və rəqəmsal infrastruktura aparır. Məqsəd Azərbaycanın rəqəmsal qovşağa çevrilməsidir”, – deyə iqtisadiyyat naziri vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər