"Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyi qazilər üçün bayram süfrəsi təşkil etdi

"Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyi qazilər üçün bayram süfrəsi təşkil etdi
23.03.2026 17:39 Tədbirlər

2026-cı ilin mart ayında Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinlinin və birliyin nümayəndələrinin iştirakı ilə qazilər üçün bayram süfrəsi təşkil edilib.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində qazilərlə səmimi görüş keçirilib, onların Vətən qarşısında göstərdikləri qəhrəmanlıq və xidmətlər böyük ehtiramla qeyd olunub.

Görüş zamanı, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edilib. Sonda qazilərə Novruz bayramı və Ramazan ayı münasibətilə xoş arzular çatdırılıb.

TodayPress TV

FOTOLAR

"Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyi qazilər üçün bayram süfrəsi təşkil etdi — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər