AİF 2026 çərçivəsində 11 anlaşma memorandumu imzalandı
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AİF 2026) çərçivəsində müxtəlif sahələri əhatə edən 11 anlaşma memorandumu və investisiya sazişi imzalanıb.
TodayPress TV xəbər verir ki, imzalanan sənədlər tikinti, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, bank sektoru, su ehtiyatlarının idarə olunması və investisiyaların təşviqi kimi istiqamətləri əhatə edir.
İmzalanan sənədlərin siyahısı belədir:
1. Tikinti və inkişaf sahəsində əməkdaşlıq
Sənəd Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov və “ROX Group” Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən imzalanıb.
2. Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq
Memorandum Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azər Bayramov və “Microsoft Romania, Moldova & CIS” şirkətinin baş meneceri Qabriela Popesku tərəfindən imzalanıb.
3. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq
Sənədi Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov və “Energy Companies – ROX Group”un İcraiyyə Şurasının sədri Pham Minh Tuan imzalayıb.
4. Yeni texnologiyalar əsasında silisium karbid, silisium oksid və silisium istehsalı
Sənəd Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inoyest AFEZCO”nun təsisçisi Vitali Yevdokimenko tərəfindən imzalanıb.
5. ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri
Memorandumu Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Ştuxlik imzalayıb.
6. Ağdam quşçuluq layihəsi
Sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “AgroDairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov və “AGROFERT, a.s.” İdarə Heyətinin sədr müavini Petr Çinqr tərəfindən imzalanıb.
7. Baytarlıq peyvəndlərinin istehsalı layihəsi
Memorandumu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” şirkətinin direktoru Abdullah Tutak imzalayıb.
8. Əczaçılıq istehsalı müəssisəsinin yaradılması
Sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “Saneca Pharmaceuticals, a.s.” şirkətinin baş maliyyə direktoru Ondrej Draqun tərəfindən imzalanıb.
9. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “Azər-Türk Bank” ASC-də nəzarət etməyən payın əldə edilməsi
Sazişi baş icraçı direktorun vəzifəsini icra edən Dəyanət Sədullayev və Oman İnvestisiya Qurumunun “G2G Funds” üzrə böyük meneceri Saif Almahrouqi imzalayıb.
10. “Esyasoft”, ADSEA və SOCAR arasında əməkdaşlıq
Sənəd SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Esyasoft”un nümayəndəsi Bibin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən imzalanıb. Sənəddə, həmçinin, Samir Süleymanov – İcraçı Direktor / Xüsusi Dövlət Qurumu qeydi yer alıb.
11. İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında əməkdaşlıq
Memorandum AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “UkraineInvest”in icraçı direktoru Maryna Xlistun tərəfindən imzalanıb.
Qiymət Mahir