TARİXİ GÜNDƏN 2 il ötür: Regionda yeni dövrün yaradıcısı odur

Cəmiyyət

07.02.2026 17:10

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsindən 2 il ötür”.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov özünün "Facebook" hesabında yazıb.


“7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri ölkənin bütün suveren ərazilərində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə təşkil edilib. Bu tarixi seçkidə İlham Əliyev 92,12% səslə yenidən prezident seçilib və ərazi bütövlüyünün tam bərpası şəraitində keçirildiyi üçün "Zəfər seçkisi" kimi xarakterizə olunur”.  

O qeyd edib ki, son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb, bu müddətdə 6 milyard manatlıq yeni əlavə dəyər yaranıb. Ümumi Daxili Məhsul (ÜDM) 123 milyard manatdan 129,1 milyard manata yüksəlib.

V.Bayramov vurğulayıb ki, həmin seçki yeni mərhələnin başlanğıcı olub. 

Bu dövrdə iqtisadi və institusional islahatlar dərinləşib, regional stabillik güclənib. İşğaldan azad edilmiş ərazilərdə artıq 75 mindən çox vətəndaş yaşayır və çalışır.

Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma region üçün yeni səhifə açıb. Regionda yeni dövrün yaradıcısı Azərbaycan və onun lideridir.

Nicat Osmanlı

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Prezident,İlahm Əliyev,Todaypress.tv,