Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək
23.09.2025 15:48 Cəmiyyət

Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər