STM “dövlət suverenliyi” anlayışı ilə bağlı sorğu keçirdi

STM “dövlət suverenliyi” anlayışı ilə bağlı sorğu keçirdi
19.09.2025 10:34 Cəmiyyət

Respondentlərə təqdim edilən və çoxvariantlı seçim imkanının verildiyi sual üzrə nəticələrə əsasən, “dövlət suverenliyi” anlayışı ictimai rəydə ərazi bütövlüyünün təmin olunması (47.9%), dövlət müstəqilliyi (43.9%)  və xalqın öz iradəsini sərbəst ifadə etməsi (38.0%) kimi şərh olunur. Başqa sözlə, ölkə ictimaiyyəti suverenlik anlayışını daha çox dövlətçilik, milli təhlükəsizlik və siyasi hüquqlar prizmasında dərk edir. 

TodayPress TV xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Növbəti sıralarda yer alan cavablar əsasən müasir tarixi reallıqlarla, xüsusilə də keçmiş işğal amilinin nəticələri ilə bağlıdır. Belə ki, sorğu iştirakçılarının 29.0%-i suverenliyi işğalın aradan qaldırılması kimi, 24.2%-i məcburi köçkünlüyə son qoyulması kimi, 22.6%-i xarici təsirlərdən azad olmaq kimi izah edib. Nəticələrin təhlilinə əsasən, növbəti sıralarda dövlət hakimiyyətinin bütün ölkə ərazisində tətbiqi (19.2%), ölkə ərazisində digər dövlətlərin hərbi bazalarının olmaması (13.6%) və digər (1.6%) cavablar yer alıb. Respondentlərin 7.7%-i bu anlayışı şərh edə bilməyib, 0.5%-i bu sualı cavablandırmaqdan imtina edib.

Dövlət suverenliyin tam bərpasından əvvəlki dövrə münasibətdə irəli sürülən fikirlər ictimai rəyin Azərbaycanın dövlət suverenliyinə gedən yolda ciddi məhdudiyyətlərin olduğunu qəbul etdiyini, hazırkı dövrdə isə dövlət suverenliyinin tam bərpasının ölkənin strateji hədəflərinə nail olmaq baxımından müstəsna əhəmiyyətini təsdiqlədiyini göstərir. Sorğu nəticələrinin təhlili 44 günlük Vətən müharibəsinin ictimai şüurda suverenlik anlayışının dönüş nöqtəsi rolunu oynadığını deməyə əsas verir. 

Belə ki, əvvəlki dövrdə dövlət suverenliyinin bütün ölkə ərazisində tətbiqində praktiki məhdudiyyətlər, təbii sərvətlərdən tam istifadə olunmaması, xarici təsirlər ictimai rəydə bu sahədəki əsas problemlər kimi önə çıxıb. Suverenliyin tam bərpasından sonrakı mərhələdə isə ictimai rəy tamamilə fərqli reallığı qəbul edir.

Sorğu iştirakçılarının 77.4%-i dövlət suverenliyinin bərpasından əvvəl Azərbaycanın xarici siyasətində diqqətin daha çox işğal amilinə yönəlməsi səbəbindən qlobal və regional siyasi təşəbbüslərdə iştirak imkanının nisbətən məhdud olduğunu düşünür. Hazırda, yəni dövlət suverenliyinin tam bərpa olunduğu dövrə münasibətdə respondentlərin 96.0%-i Azərbaycan beynəlxalq münasibətlərdə daha geniş imkanlarla çıxış etdiyini bildirir.

Sorğu nəticələrinin təhlilinə əsasən, ölkə ictimaiyyətinin 73.7%-i dövlət suverenliyinin bərpasından əvvəlki dövrdə Azərbaycanın ölkə ərazisindən keçən qlobal və regional nəqliyyat layihələrində iştirak imkanlarının nisbətən məhdud olduğunu qeyd edib. Dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı dövrə münasibətdə respondentlərin 94.7%-i Azərbaycanın beynəlxalq və regional əməkdaşlıq imkanlarının daha geniş olduğunu vurğulayır.

Respondentlərin 89.6%-i 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycanın öz təbii sərvətlərindən, torpaq və digər resurslarından tam istifadə edə bilmədiyini qeyd edib. Bu göstərici əvvəlki dövrə münasibətdə ictimai rəydə ən böyük məhdudiyyət kimi yer alıb. Hazırkı dövrə münasibətdə isə respondentlərin 85.1%-i işğaldan azad olunmuş ərazilərin təbii sərvətlərinin ölkənin iqtisadi inkişafına təkan verdiyi mövqeyini təsdiqləyib.

Sorğuda iştirak edənlərin 75.0%-i əvvəlki dövrdə ərazilərin işğalı səbəbindən Azərbaycanın xarici investorlar üçün müəyyən mənada “riskli ölkə” imici yaratdığını bildirib. Respondentlərin 87.8%-i münaqişənin başa çatdığı hazırkı mərhələdə ölkəyə daha çox xarici investisiya cəlb etmək imkanı yarandığını qeyd edib.

Respondentlərin 79.5%-i Vətən müharibəsindən əvvəl, yəni münaqişə dövründə digər ölkələrin və təşkilatların Cənubi Qafqazda təsir imkanlarının güclü olduğunu, 88.3%-i münaqişənin başa çatdığı hazırkı mərhələdə Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaratdığını vurğulayıb.

Sorğuda iştirak edənlərin 72.3%-i 44 günlük müharibədən əvvəlki dövrdə işğalın nəticələrinin milli kimlik və dövlətçilik ideologiyası üzərində mənfi təsirləri olduğunu təsdiqləyib. Respondentlərin 92.8%-i torpaqların işğaldan azad olunmasının və dövlət suverenliyinin tam bərpasının vətəndaşların milli qürur, özünəinam və dövlətə bağlılıq hissini artırdığını bəyan edib.

Həmçinin respondentlərin 98.7%-i Azərbaycanın dünyada və regionda davam edən münaqişələr fonunda 44 günlük müharibədə ədalətli qalib obrazı yaratdığını vurğulayıb.

Ölkə ictimaiyyətinin 91.2%-i dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı mərhələdə Zəngəzur yolunun reallaşdığını, 82.5%-i Qarabağ və Şərqi Zəngəzurda yenidən məskunlaşmanın ölkə əhalisinin proporsional bölgüsünü təmin etdiyini, 82.7%-i vətəndaşların hüquq və azadlıqlarının genişlənməsi imkanı yarandığını vurğulayıb.

Beləliklə, keçirilən sosioloji sorğu 44 günlük Vətən müharibəsinin nəticələrinin və dövlət suverenliyinin tam bərpasının ictimai rəydə təkcə ərazilərin işğaldan azad olunması kimi deyil, beynəlxalq nüfuzun və imkanların güclənməsi, qalib milli kimlik və strateji təşəbbüslərdə aparıcı mövqeyin qazanılması kimi geniş perspektivdə qəbul olunduğunu göstərir. Cəmiyyətin mütləq əksəriyyəti suverenliyin tam bərpa olunduğu hazırkı dövrü həm tarixi qələbə, həm də gələcəyə açılan yeni imkanlar mərhələsi kimi dəyərləndirir.

Azərbaycanın dövlət suverenliyinin qorunmasında yeni dövrün çağırışları kimi ictimai rəy ilk növbədə hərbi güc və təhlükəsizlik (65.2%), milli birlik və vətəndaş həmrəyliyi (51.6%), diplomatiya və beynəlxalq nüfuz (49.7%) amillərini önə çəkir. Başqa sözlə, vətəndaşlar mövcud geosiyasi risklər fonunda təhlükəsizlik məsələlərini, milli birliyi və dövlətin beynəlxalq arenadakı mövqeyini dövlət suverenliyinin qorunmasının əsas təminatı kimi qəbul edir.

Nəticələrin təhlilinə əsasən növbəti sıralarda isə iqtisadi inkişaf (43.6%), sosial təminat (30.1%), qanunun aliliyi (27.2%), milli kimlik və yeni milli ideologiya (21.5%) istiqamətlərində çağırışlar yer alır.

Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Məlumatların toplanılması 2025-ci ilin 12 sentyabr – 16 sentyabr tarixlərində icra olunub. Sorğular yaşı 18 və yuxarı olan 1200 respondent arasında kompüter dəstəkli telefonla müsahibə (CATI) üsulundan istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin tədqiqat məqsədləri üçün istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

TodayPress TV

FOTOLAR

STM “dövlət suverenliyi” anlayışı ilə bağlı sorğu keçirdi — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Bütün Xəbərlər