Şərurun bir neçə kəndində qaz kəsiləcək
Bu gün Şərur rayonunun bir neçə kəndinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.
TodayPress TV xəbər verir ki, 159 mm boruda sızma aşkar olunması ilə əlaqədar təmir işləri aparılması məqsədilə saat 14:00-dan Kürçülü, Kürkənd, Alışar, Muğanlı, Qorçulu, Şəhriyar və Yengicə kəndlərində qaz kəsiləcək.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.