Şərurda çörək sexində ciddi nöqsanlar aşkarlandı

Şərurda çörək sexində ciddi nöqsanlar aşkarlandı
23.09.2025 21:20 Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonunun Siyaqut kəndində fəaliyyət göstərən Rafiq Mədətova məxsus çörək sexində ciddi nöqsanlar müəyyən edilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və obyektin cari təmirə ehtiyacının olduğu aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı sahibkara müvafiq göstərişlər verilib

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər