Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək
Sabah Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək.
Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.
Qəbul saat 11:00-da rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində olacaq.
Qəbulda Xızı və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xızı rayonu "1 №-li Yol İstismarı" və Siyəzən rayonu "2 №-li Yol İstismarı" MMC-lərdə öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.