Rəqəmsal İnkişaf Konsepsiyası üzrə 17 yol xəritəsi hazırlanıb
Cəmiyyət
02.02.2026 10:24
"2025-ci il fəaliyyətləri əsasən Rəqəmsal İnkişaf Konsepsiyasının icrasına fokuslanıb”.
TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, bu çərçivədə dövlət səviyyəsində rəqəmsallaşmaya cavabdeh olan 15 qurumla birlikdə 17 yol xəritəsi hazırlanıb. Bir sıra yol xəritələri üzrə tədbirlər artıq tamamlanıb.
Sədr əlavə edib ki, əmək və sosial müdafiə, hərbi xidmət sahələri də rəqəmsallaşdırılıb.
Həyata keçirilən tədbirlər nəticəsində əmək və sosial müdafiə, səfərbərlik və hərbi xidmətə çağırış sahələrində rəqəmsallaşma uğurla icra olunub.
"Digər dövlət qurumları ilə rəqəmsal transformasiya üzrə işlərin isə davam etdiyi bildirilib. Elektron reyestrlər, xidmətlər və məlumat bazaları üzrə əməliyyatlar aparılıb. EHİS əsasnaməsindən irəli gələn tələblərə uyğun olaraq informasiya sistemləri yenidən qurulub".
Fərid Osmanov qeyd edib ki, bu çərçivədə “Hökumət Buludu” (G-Cloud) infrastrukturu vasitəsilə vətəndaşlara və biznes subyektlərinə rəqəmsal xidmətlərin təqdim edilməsi təmin olunub.
Türkan İsgəndərli
tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,
