Pərviz Əmirov: “Zəfər Qərbi Azərbaycana qayıdış ümidini gücləndirdi”
Cəmiyyət
16.01.2026 11:38
"2020-ci ildən sonra Qarabağın azad edilməsi Qərbi Azərbaycana qayıdış ideyasını real ümidə çevirib".
TodayPress TV xəbər verir ki, bunu "Tarixi Yurda Qayıdış" konfransında Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun İcraçı Direktoru Pərviz Əmirov deyib.
Onun sözlərinə görə, bu gün Qərbi Azərbaycan yaddaşlarımızda və kitablarda yaşayır:
"Qərbi Azərbaycandan olan ziyalılarımız bu tarixi yaddaşı qoruyur və gələcək nəsillərə ötürür. “Tarixi Yurda Qayıdış” konfransı Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin elmi müstəvidə müzakirəsi üçün mühüm platformadır".
P.Əmirov bildirib ki, fond 2025-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim etdiyi “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində “Əzəli yurd” təşəbbüsü ilə qrant müsabiqəsinin qalibi olub. Qeyd edilib ki, kitab çap edilməyərək ingilis dilinə tərcümə olunub və elektron formatda internet resurslarında yerləşdirilib. Məqsəd Qərbi Azərbaycanla bağlı məlumatların beynəlxalq auditoriyaya açıq və əlçatan olmasıdır.
Türkan İsgəndərli
tag: Pərviz Əmirov,Tədbir,Fond,Zəfər,Todaypress.tv,
