Neftçalada Kür çayı üzərində yeni körpü tikiləcək

Neftçalada Kür çayı üzərində yeni körpü tikiləcək
26.09.2025 00:12 Cəmiyyət

Neftçalada Kür çayı üzərindəki qəzalı körpü yenisi ilə əvəzlənəcək.

TodayPress TV-nin məlumatına görə, rayonda Kür çayı üzərindən keçən II Qaralı avtomobil yolu 1991-ci ildə istifadəyə verilib.

Sakinlərin sözlərinə görə, illərlə körpü baxımsız qaldığından, ağırtonnajlı yük maşınları intensiv hərəkət etdiyindən dəmir-beton panelləri sıradan çıxarıb, hətta dayaqlarından bir neçəsi əyilərək yararsız hala düşüb.

Panellər arasında iri oyuqlar yaranıb, həmin oyuqlar isə beton parçalarla doldurulub.

Uzunluğu 300 metrə yaxın, eni 8 metr olan körpüdə vəziyyət kritik həddə çatıb. Bununla bağlı aidiyyəti qurumlara da məlumat verilib.

Ondan çox yaşayış məntəqəsinin əhalisi bu körpüdən istifadə edir. Hər gün körpüdən yüzlərlə avtomobil Kürün Şirvan tayından Muğana, gah da Muğandan Şirvana keçir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"un yerli bürosuna bildirilib ki, sözügedən ərazidə yeni körpünün inşası ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmin təkliflər əsasında maliyyə vəsaiti ayrılan kimi yeni körpünün inşasına start veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 Bütün Xəbərlər