Mürsəl İbrahimov Neftçalada vətəndaş qəbulu keçirdi
Cəmiyyət
16.01.2026 14:40
SHXÇDX rəisi, general-mayor Mürsəl İbrahimov Xidmətin Neftçala rayonunda Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə TodayPress TV-yə Xidmətdən məlumat verilib.
Bildirilib ki, qəbulda 3 müharibə iştirakçısı olmaqla 17 vətəndaşın müraciəti dinlənilib.
Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
tag: Mürsəl İbrahimov,SHXÇDX,Neftçala,Qəbul,Todaypress.tv,
