Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidində oldular

Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidində oldular
08.02.2026 10:11 Cəmiyyət

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.

Sonda Leyla Əliyeva və Alena Əliyevaya "Qurani-Kərim" hədiyyə olunub.

Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.

TodayPress TV 

FOTOLAR

Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidində oldular — 1
Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidində oldular — 2
Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidində oldular — 3
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər