Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
30.01.2026 16:22 Cəmiyyət

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə yanvarın 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər