Kirayə avtomobil qəza törədərsə, zərəri kim ödəməlidir?

Kirayə avtomobil qəza törədərsə, zərəri kim ödəməlidir?
26.09.2025 16:48 Cəmiyyət

Son vaxtlar adi və xüsusi günlərdə kirayə avtomobil götürənlərin sayı artıb. 

Lakin belə hallarda qəza baş verərsə, ziyanın kim tərəfindən ödəniləcəyi sual doğurur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sığorta eksperti Nicat Əlibəyli bildirib ki, məsələ həm icbari, həm də könüllü sığorta növləri çərçivəsində tənzimlənir.

“Qəza zamanı sənədlər qaydasında olduğu halda proses normal şəkildə davam edir”

Onun sözlərinə görə, icbari avtomobil sığortası qanunvericiliyin tələb etdiyi əsas şərtlərdən biridir:

"Əgər avtomobili idarə edən şəxs qaydaları pozmayıbsa və bütün sənədləri qaydasındadırsa, icbari sığorta təminatı adi prosedurlar əsasında tətbiq olunur. Yəni qəza zamanı sənədlər qaydasında olduğu halda proses normal şəkildə davam edir".

“Bu cür nəqliyyat vasitələri tez-tez fərqli şəxslər tərəfindən idarə edilir”

Ekspertin sözlərinə görə, kasko sığortası ilə bağlı vəziyyət bir qədər fərqlidir. Təcrübə göstərir ki, sığorta şirkətləri adətən kommersiya məqsədilə istifadə olunan, o cümlədən kirayə verilən avtomobillərə könüllü sığorta təminatı verməkdən çəkinirlər:

"Kirayə və ya taksi xidmətində istifadə olunan avtomobillərin qəza riski daha yüksək olur. Çünki bu cür nəqliyyat vasitələri tez-tez fərqli şəxslər tərəfindən idarə edilir. Müqavilələrdə çox zaman qeyd olunur ki, avtomobil kommersiya məqsədilə istifadə olunarsa və bu, qəza zamanı aşkar edilərsə, sığorta təminatı qüvvədən düşür. Həmçinin bəzi hallarda müqavilədə azadolma (franşiza) məbləği göstərilir ki, bu da müəyyən zərərin sığorta şirkəti tərəfindən ödənilməməsi deməkdir".

Nicat Əlibəylinin sözlərinə görə, nəticə etibarilə kirayə avtomobillərdə sığorta və zərərin ödənilməsi birbaşa müqavilə şərtlərindən, sığorta növündən və avtomobilin istifadəsindən asılıdır.

"Avtomobili kirayəyə götürməzdən əvvəl sığorta şərtlərinin diqqətlə öyrənilməsi vacibdir", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Kirayə avtomobil qəza törədərsə, zərəri kim ödəməlidir? — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
"Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Bütün Xəbərlər