Kəmalə Ağazadənin vəziyyəti ağırdır - RƏSMİ
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin müalicəsi Sabunçu Tibb Mərkəzində stasionar şəraitdə davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günay Rəhimova bildirib.
O əlavə edib ki, müvafiq olaraq, kliniki şikayətlərə əsasən laborator və instrumental müayinələrdən keçirilib. Müayinələrin nəticəsinə əsasən ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
Qeyd edək ki, 22.01.2026-cı il tarixində saat 11:00 radələrində Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə ixtisaslı həkim müayinəsinə müraciət edib.
Türkan İsgəndərli