Havanın temperaturu 39 dərəcəyə çatıb - FAKTİKİ HAVA

Havanın temperaturu 39 dərəcəyə çatıb - FAKTİKİ HAVA
14.07.2025 16:50 Cəmiyyət

Azərbaycanda hazırda bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyed edilib ki, iyulun 14-ü saat 16:00-a olan məlumata əsasən hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər