FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
01.02.2026 10:13 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Nərimanov rayon Məhəmmədhüseyn Şəhriyar adına 193 saylı tam orta məktəbində, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər 15 nömrəli tam orta ümumtəhsil məktəbində, Corat Bələdiyyəsində, Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yerləşən məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində, Gəncə RM tərəfindən Gəncə şəhər Olimpiya Kompleksində, Şimal RM tərəfinən Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Tərtər rayonu, Xoruzlu kənd və Ağcabədi rayonu, Rəncbərlər kənd tam orta məktəblərində, Aran RM tərəfindən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Ağdaş rayonu, Qaradağlı kənd ümumi orta məktəbində, Muğan RM tərəfindən Şirvan şəhər 3 nömrəli tam orta ümümtəhsil məktəbində, Şimal-qərb RM tərəfindən Qəbələ rayonu, Nic qəsəbə 2 nömrəli tam orta məktəbində, Nic qəsəbə 1 nömrəli uşaq bağçasında və həmin rayonda yerləşən “Yengicə Thermal Resort” otelində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

TodayPress TV



FOTOLAR

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO — 1
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO — 2
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO — 3
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO — 4
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO — 5
XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər