"E-qanun.ai" platformasının təqdimat mərasimi keçirildi

"E-qanun.ai" platformasının təqdimat mərasimi keçirildi
25.09.2025 14:44 Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən "E-qanun.ai" platforması istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası"nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir:

"Təqdimat mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, aidiyyəti qurumların nümayəndələri, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

"E-qanun.ai" Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platformasıdır.

İstifadəçilər üçün sürətli təhlil və dəqiq nəticə təqdim edən platforma hüquqi sahədə yaranan suallara operativ və etibarlı şəkildə cavab əldə edilməsini hədəfləyir.

Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir.

Burada istifadəçilər hüquqi məlumatı mətnə, mənaya görə və ya hibrid formada axtara, onun süni intellekt əsaslı təhlilini görüntüləyə və əvvəlki axtarışlarının tarixçəsinə öz şəxsi hesablarında baxa bilərlər.

Platformanın bazasında normativ hüquqi aktlar, normativ xarakterli aktlar, qeyri-normativ hüquqi aktlar və rəsmi mətnlər mövcuddur.

Platformanın əsas üstünlüyü süni intellekt texnologiyası ilə axtarış nəticəsinin təhlili, anlaşılan, qısa xülasənin istifadəçiyə təqdim olunması, nəticələrin filtrlənməsi, qovluqlarda saxlanılmasıdır.

Platforma həm də hüquqşünaslar və əlaqəli sahədə çalışan hər kəs üçün iş prosesini sadələşdirməyi hədəfləyir".

"Növbəti mərhələdə platforma istifadəçilərinin, eləcə də hüquqşünasların ehtiyaclarına uyğun və onların işini daha da asanlaşdıracaq təkmil funksiyaların təqdim olunması nəzərdə tutulub",- məlumatda qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər