Ceyhun Xəlilov: “Armen Sarkisyan ən ehtiyat edilməli olan adamlardandır”

Cəmiyyət

11.02.2026 12:12

“Ermənistanın sabiq prezidenti Armen Sarkisyan ən ehtiyat edilməli olan adamlardandır. Onu küçümsəmək olmaz”.

TodayPress TV xəbər verir ki, bunu Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilov “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında çıxışı zamanı deyib. 

O, bildirib ki, A.Sarkisyan “Tetris”in təsisçilərindən biridir:

“Onun 2020-ci ildəki çıxışı məni çox narahat etmişdi. Sarkisyandan soruşurdular ki, işğal etdiyiniz torpaqları itirdiniz, necə qaytaracaqsınız? O isə cavab vermişdi: “Texnologiyanın vasitəsilə. Əsgər artıq bir funksiya daşımayacaq”.

Ekspert bildirib ki, “kosmik vətən” anlayışı üçün çalışmaq lazımdır:

“Biz əgər silahlanmada güclənməyə və ya siyasətdə hansısa addımlara yönəlsək, bu, bizi yaxşı yerə aparmaz. Necə ki, üzərində durduğumuz Vətən var, 50 il sonranı nəzərə alaraq “Kosmik Vətən” anlayışı üçün hazırlanmalıyıq. Aerokosmik sahədə inkişaf etməliyik. Süni intellekt əsaslı deyil, süni intellekt dəstəkli texnologiyalar yaradılmalıdır”.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Xəlilov,STM,Tədbir,Çıxış,Todaypress.tv,