Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi

Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi
26.09.2025 13:50 Cəmiyyət

1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirin məqsədi gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına, nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə və cəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndirici məlumatların artırılmasına şərait yaratmaq olub.

Ulu Öndər Heydər Əliyev və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anıldıqdan sonra açılışda çıxış edən Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov qonaqları salamlayaraq bu cür təşəbbüslərin gənclərin peşəkar formalaşmasında və gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O, rayon prokurorluqlarının səlahiyyətləri, gündəlik iş prinsipləri barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluğun əsas fəaliyyət istiqamətləri və prioritetləri barədə danışıb.

Daha sonra Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Azərbaycan Prokurorluğunun inkişaf yolu: tarixi mərhələlər və müasir çağırışlar” mövzusunda təqdimatla çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən hüquq islahatlarının dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin olunmasına və prokurorluq orqanlarının müasir tələblərə uyğun fəaliyyətinə xidmət etdiyini qeyd edib.

Tədbir çərçivəsində Bakı şəhər prokurorluğunun əməkdaşları Yaqub Məmmədov, Əfqan Qafarov və Ramil Səfərov daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunçuluğa prokuror nəzarəti, prokurorluqda istintaqın təşkili və ona nəzarət, həmçinin prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaş məmnunluğu mövzularında çıxış edərək öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Gənc hüquqşünaslar və media nümayəndələri ilə səmərəli müzakirələr aparılıb, iştirakçılara kriminalistik avadanlıqlar, habelə Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) nümayiş etdirilərək onların istintaq prosesində tətbiqi izah olunub.

Sonda iştirakçılar inzibati binada yaradılmış iş şəraiti ilə tanış olub, prokurorluğun gündəlik fəaliyyəti barədə əyani məlumat əldə ediblər. Tədbir xatirə fotosu ilə başa çatıb.

TodayPress TV

FOTOLAR

Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 1
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 2
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 3
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 4
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 5
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 6
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 7
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 8
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 9
Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirildi — 10
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər