İlham Əliyevə qeyri-adi sual: Dünyanın prezidenti olsaydınız... - VİDEO

İlham Əliyevə qeyri-adi sual: Dünyanın prezidenti olsaydınız... - VİDEO
14.11.2026 20:58 Xarici siyasət

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.

TodayPress TV xəbər verir ki, bloqerin "əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" – sualına Azərbaycan Prezidenti belə cavab verib:

"İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim".

Sonda jurnalist planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, H. İxtiyar COP31 çərçivəsində digər ölkə liderlərindən, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskidən də müsahibə alıb.

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər