Yeraltı duz mədənini rekord sayda turist ziyarət etdi -FOTOLAR

Turizm

07.01.2026 15:38

Türkiyə turizimi yeni rekorda imza atıb.

TodayPress TV Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Çankırı şəhərindən  20 kilometr məsafədə yerləşən və 24.000 kvadrat metrlik qapalı sahəsi  olan “Yeraltı Duz Şəhəri” adlanan mağarını 2025-ci ildə 1 milyon 800 min turist ziyarət edib.

Hitit dövründən bəri duz çıxarılması ilə tanınan mağarada  heykəllər və sənət əsərləri nümayiş olunur.

Çankırı Bələdiyyəsinin rəhbəri  İsmail Hakkı Esen bildirib ki,  Yeraltı Duz Şəhərimiz hələ də açıqdır. “İçəridə əlavə sahələr tikəcəyik, lakin turist  sayının çox olması səbəbindən tikinti işlərinə hələ başlaya bilməmişik. Ümid edirəm ki, gələn il bu rəqəm daha da artacaq”, – deyə bələdiyyə başçısı bildirib.

TodayPress TV

tag: Türkiyə,Turizm,Rekord,Mağara,Todaypress.tv,

photo
photo
photo
photo