Moskva-Bakı arasında sərnişin gəmisi istifadəyə veriləcək

Moskva-Bakı arasında  sərnişin gəmisi istifadəyə veriləcək
31.10.2026 16:04 Turizm

Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.

TodayPress TV xəbər verir ki,  Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” telekanalına açıqlamasında hər istiqamət üzrə səyahətin təxminən bir həftə çəkəcəyini deyib. 

Onun sözlərinə görə, layihə üçün artıq bir gəmi hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Hakimov qeyd edib ki, layihəyə Rusiya dövləti və Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər