Afinada həyat dayandı: 15 min nəfər küçələrə axışdı
Yunanıstanda enerji daşıyıcılarının qiymətlərinin artmasına etiraz olaraq keçirilən 24 saatlıq ümumi tətil çərçivəsində dövlət və özəl sektor həmkarlar ittifaqlarının, müəllimlərin, tibb işçilərinin və tələbələrin təxminən 15 min üzvü Afinanın mərkəzində kütləvi mitinqə çıxıb.
TodayPress TV xəbər verir ki, mitinq Afina Universitetinin rektorluq binasının qarşısında keçirilib.
Burada həmkarlar ittifaqlarının və siyasi partiyaların nümayəndələri çıxış ediblər.
Mitinqdə çıxış edən Afina İş Mərkəzinin, eləcə də Attika paytaxt vilayətinin qida, turizm və hotel sənayesi işçiləri həmkarlar ittifaqının prezidenti Yorgos Stefanakis genişmiqyaslı tətil hərəkatının bütün Yunanıstanı əhatə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, hazırkı etiraz aksiyası oktyabrın 30-da liman işçiləri və dənizçilərin “Biz müharibə üçün işləmirik – imperialistlər və onların müharibələri üçün deyil, insanlar üçün limanlar, sülh limanları istəyirik” şüarı altında keçirdikləri genişmiqyaslı beynəlxalq tətilin davamıdır.
Aysel Mətləb