Sançes Brüsseldən imtina etdi - İspaniyanın səlahiyyətləri Makrona keçdi
İspaniyanın Baş naziri Pedro Sançes krallıqda keçiriləcək qarşıdan gələn seçkilərlə əlaqədar Avropa İttifaqına üzv ölkələrin sammitində iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Birliyin növbədənkənar sammiti noyabrın 26-27-də keçiriləcək. Gözlənilir ki, tədbirdə blokun yeddiillik büdcəsi, eləcə də Ukraynaya 45 milyard avro məbləğində kredit ayrılması müzakirə olunacaq.
Sançes isə İspaniyada noyabrın 29-da baş tutacaq növbədənkənar ümumi seçkilərlə əlaqədar sammitdə iştirak edə bilməyəcək. O, bəzi məsələlər üzrə səsvermədə iştirak etmək səlahiyyətlərini Fransa Prezidenti Emmanuel Makrona həvalə edəcək.
Aysel Mətləb