İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar - Baş nazirdən QƏRAR
"Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normalar" təsdiq edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, idman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən Gənclər və İdman Nazirliyi gələn il üçün keçiriləcək idman tədbirlərinə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını 1 iyul tarixinədək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Qərar yanvarın 1-dən qüvvəyə minəcək.