Yaponiya və Amerikaya vizasız gedə biləcəyik? - AÇIQLAMA
Turizm
05.03.2026 16:53
“Yaxın gələcəkdə Yaponiya, İndoneziya və ABŞ kimi ölkələrə vizasız getmək mümkün olacaq”.
Bunu TodayPress TV-yə danışan Samir Dübəndi deyib.

Onun sözlərinə görə, hazırda regionda mövcud olan siyasi və hərbi gərginlik bu məsələnin müzakirəsini müəyyən qədər ikinci plana keçirə bilər:
"Buna baxmayaraq, perspektivdə bir sıra ölkələrlə viza rejiminin ləğvi və ya sadələşdirilməsi gündəmə gələ bilər. Bu siyahıda xüsusilə Yaponiya, İndoneziya və ABŞ kimi ölkələr yer ala bilər".
Ekspert əlavə edib ki, yaxın dövrdə keçiriləcək beynəlxalq tədbirlər də bu istiqamətdə müəyyən addımların atılmasına təsir göstərə bilər. Onun fikrincə, qarşıdakı "World Urban Forum"çərçivəsində bəzi ölkələr üçün viza rejimində müvəqqəti dəyişikliklərin tətbiqi ehtimalı da istisna deyil.
"Belə addımlar həm beynəlxalq tədbirlərə iştirakçı cəlb olunmasına, həm də Azərbaycanın turizm imkanlarının daha geniş auditoriyaya təqdim edilməsinə şərait yarada bilər".
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Emil Səfərov bildirib ki, Azərbaycan viza rejiminin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıqlar aparır.
Türkan İsgəndərli
tag: Yaponiya,İndoneziya ,ABŞ , Samir Dübəndi,Todaypress.tv,
